Püşkatma mərasimində Avropa Cüdo Federasiyasının prezidenti Sergey Soleveyçik, beynəlxalq və qitə cüdo təşkilatlarının rəsmiləri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, milli komandalarımızın məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər.

Minskdə 2-ci Avropa Oyunları çərivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatma mərasimində Avropa Cüdo Federasiyasının prezidenti Sergey Soleveyçik, beynəlxalq və qitə cüdo təşkilatlarının rəsmiləri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, milli komandalarımızın məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər.

Püşk nəticəsində milli komandamızın 6 qadın və 9 kişi idmançısının ilk rəqibləri müəyyənləşib. Belə ki, qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı rumıniyalı Aleksandra Pop, 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva finlandiyalı Katri Kakko, Larisa Aleksandra Florian isə Polşa cüdoçusu Karolina Pienkovska, 57 kiloqram çəkidə İçinxorloo Munxtsedev gürcüstanlı Eteri Liparteliani, 63 kiloqram çəkidə Nuriyyə Axundova rumın Adelina Dobre, 78 kiloqramdan yuxarı çəkidə İrina Kindzerska Sebile Akbulut (Türkiyə) - Jasmin Kuelbs (Almaniya) cütünün qalibi ilə mübarizə aparacaq.

Kişilər arasında 60 kiloqram çəkidə Orxan Səfərov David Starkel (Sloveniya), Kəramət Hüseynov Matyaz Trbovç (Sloveniya), 66 kiloqram çəkidə Nicat Şıxəlizadə ukraynalı Boqdan İadov, 73 kiloqram çəkidə Rüstəm Orucov Sedrik Bessi (Monteneqro), Hidayət Heydərov Miklos Unqvari (Macarıstan), 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Yahor Varapayev (Belarus) - Peter Zilka (çexiya) cütünün qalibi, 100 kiloqram çəkidə Elmar Qasımov ukraynalı Anton Savitskiy, Zelim Kotsoyev serbiyalı Bojan Dosenlə, 100 kiloqramdan yuxarı çəkidə Uşangi Kokauri Vinçenzo Di Arko (İtaliya) - Vito Dragiç (Sloveniya) cütünün qalibi ilə güclərini sınayacaq.

Proqrama əsasən, iyunun 22-də qadınlar 48, 52 və 57 kiloqram, kişilər 60 və 66 kiloqram, iyunun 23-də qadınlar 63 və 70 kiloqram, kişilər 73 və 81 kiloqram, iyunun 24-də isə qadınlar 78 və 78 kiloqramdan yuxarı, kişilər 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyunun 25-də isə qarışıq komanda yarışları keçiriləcək. Millimiz Fransa cüdoçuları ilə yarışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest