21 İyun 2019, 21:18
DÖYÜŞ NÖVLƏRİ
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışları davam edir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin heyətində +91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev bu gün rinqə çıxıb.
Milli üzvü "Uruçye Arena"dakı ilk döyüşünü 1/16 final mərhələsi çərçivəsində keçirib. O, bolqarıstanlı Petar Belberovla qarşılaşıb. 1:4 hesabı ilə uduzan Abdullayev Minsk-2019-dakı çıxışını başa vurub.
Qeyd edək ki, bu gün rinqə çıxan digər iki boksçumuzdan Tayfur Əliyev (56 kq) qələbə qazanıb, Rahil Məmmədli (91 kq) isə məğlub olub.