24 Yanvar 2026, 13:52
FUTBOL
"Leypsiq"in cinah yarımmüdafiəçisi Yan Diomande bir neçə aparıcı Avropa klubunun transfer hədəfinə çevrilib.
Matc.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Bildirilir ki, 19 yaşlı yarımmüdafiəçi ilə "Bavariya", "Liverpul" və "Mançester Yunayted" maraqlanır.
Gənc vingerin "Leypsiq" ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir və sərbəst qalma məbləği 80 milyon avrodur.
Qeyd edək ki, bu mövsüm cinah oyunçusu bütün yarışlarda 18 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.










_1769250429.jpg)

