Azərbaycan boksçusu Kamran Şahsuvarlının (75 kq) II Avropa Oyunlarındakı ilk rəqibi müəyyənləşib. Matc.az xəbər verir ki, olimpiya mükafatçımızın 1/16 finalda üz-üzə gələcəyi boksçu bu gün keçirilən 1/32 finalda dəqiqləşib.

Belarusun paytaxtı Minskdəki "Uruçye Arena"da keçirilən döyüşdə gürcüstanlı Giorgi Xarabadze ilə serbiyalı Miloslav Saviç qarşılaşıb. 5:0 hesablı qələbə qazanan Gürcüstan boksçusu Şahsuvarlıya rəqib olub.

Qeyd edək ki, boksçumuzun 1/16 final döyüşü sabah baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest