Belarusda keçirilən II Avropa Oyunlarının boks yarışlarında ikinci günün döyüşlərinə start verilib. Matc.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının daha bir boksçusu mübarizəyə başlayıb.

Rio Olimpiadasının gümüş medalçısı Lorenzo Sotomayor (69 kq) 1/16 final görüşünü keçirib. O, Qurqen Madoyanla (Ermənistan) üz-üzə gəlib. Boksçumuz erməni rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0.

Qeyd edək ki, Sotomayor 1/8 finalda Maqomed Şaçidova (Almaniya) 3:2 hesabı ilə qalib gələn Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest