Azərbaycan millisinin daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub. 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı ilk döyüşünü keçirib.
Azərbaycan millisinin daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub. Matc.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı ilk döyüşünü keçirib.
O, "Uruçye Arena"da təşkil olunan yarışın 1/16 final mərhələsində qüvvəsini sınayıb. Boksçumuzun rəqibi Giorgi Harabadze (Gürcüstan) olub. İdmançımız 4:1 hesabı ilə qalib gəlib.
Şahsuvarlı bu qələbə ilə 1/8 finala yüksəlib. O, bu mərhələdə Mark Dikinsona (Böyük Britaniya) 3:2 hesabı ilə qalib gələn Maykl Nevin (İrlandiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, bunadək boksçularımızdan Tayfur Əliyevlə (56 kq) Lorenzo Sotomayor (69 kq) 1/8 finala yüksəlib.