Belarusda keçirilən II Avropa Oyunlarının boks yarışlarında ikinci günün döyüşləri davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha bir boksçusu mübarizəyə başlayıb.

60 kq çəki dərəcəsində dünya çempionu Cavid çələbiyev 1/16 final görüşünü keçirib. O, Nikola İvkoviçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib. Boksçumuz rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0. çələbiyevin 1/8 finaldakı rəqibi moldovalı Dorin Buksa olacaq.

Qeyd edək ki, bunadək boksçularımızdan Tayfur Əliyevlə (56 kq), Lorenzo Sotomayor (69 kq) və Kamran Şahsuvarlı (75 kq) 1/8 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest