Azərbaycan millisinin daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub. Matc.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges ilk döyüşünü keçirib.

O, "Uruçye Arena"da təşkil olunan yarışın 1/16 final mərhələsində qüvvəsini sınayıb. Boksçumuzun rəqibi Stepan Hrekul (Ukrayna) olub. İdmançımız 3:0 hesabı ilə qalib gəlib. Dominges qələbə sayəsində 1/8 finala yüksəlib. O, bu mərhələdə Mixail Dolqolevetslə (Belarus) üz-üzə gələcək.

Qeyd edək ki, bunadək boksçularımızdan Tayfur Əliyev (56 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Cavid çələbiyev (60 kq) 1/8 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest