01 Fevral 2026, 11:12
FUTBOL
"Milan"ın əsas qapıçısı Mayk Meynyan klubla yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yeni müqavilə 30 iyun 2031-ci ilə qədər nəzərdə tutulub. Maliyyə detalları açıqlanmayıb.
Meynyan 2021-ci ildən "Milan"da çıxış edir. Bu müddət ərzində o, klubla İtaliya çempionluğunu (2021/22 mövsümü) və İtaliya Superkubokunu (2024) qazanıb.
Bu mövsüm qapıçı bütün yarışlarda 23 oyun keçirib, 19 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.












