01 Fevral 2026, 10:00
FUTBOL
"Espanyol" "Napoli"nin hücumçu Siril Nqongeni heyətinə qatıb
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.
Bildirilir ki, 25 yaşlı cinah oyunçusu İspaniya klubunda icarə əsasında oynayacaq. Müqaviləyə oyunçunu 15 milyon avro qarşılığında almaq imkanı da daxildir.
Qeyd edək ki, Nqonge bu mövsümün ilk hissəsini "Torino"da icarədə keçirib. O, A Seriyasında 20 matçda meydana çıxıb və 1 qol vurub.












