01 Fevral 2026, 15:20
FUTBOL
Portuqaliyada "Kristin" qasırğası "Leyriya" futbol klubunun stadionunu yararsız hala salıb.
Matc.az xəbər verir ki, "Maqalyanis Pessoa" adlı arena 2004-cü ildə keçirilən Avropa çempionatı üçün inşa edilib və mundialın ən gözəl arenalarından biri olub.
Güclü külək nəticəsində stadionun ətraf konstruksiyalarının bir hissəsi dağılıb, ən ciddi ziyan isə onun dam örtüyünə dəyib.
Qeyd edək ki, qasırğa səbəbi ilə Portuqaliyanın II Liqasında mübarizə aparan "Leyriya" klubunun "Pasuş de Ferreyra" ilə oyunu təxirə salınıb.












