"Qalatasaray" heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Konyaspor"da çıxış edən Deniz Ertaşdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" 20 yaşlı qolkiper üçün 5 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Deniz Ertaş bu mövsüm "Konyaspor"un heyətində 12 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest