"Milan"ın baş məşqçisi Ruben Amorim komanda ilə bağlı təəssüratlarını bölüşüb. Portuqaliyalı mütəxəssis komandasının gərgin məşq etdiyini və futbolçularının rəqibin göstərəcəyi oyun tərzinə tam hazır olacaqlarını vurğulayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsionun rəsmi saytı məlumat yayıb.

Amorim komandasının hədəflərindən danışıb: "Meydana Amorimin və ya Massimilyano Alleqrinin ötənilki komandası yox, məhz "Milan" çıxacaq. Klubun mənafeyi naminə vahid bir bədən kimi düşünməliyik. Məqsədimiz hücum futbolu oynamaq, topa sahibliyə nəzarət etmək və rəqibin cərimə meydançasını doldurmaqdır. Eyni zamanda müdafiədə də komanda halında, kompakt oyun tələb edirəm. Dəyişikliklər artıq nəzərə çarpacaq, lakin dərhal hazır nəticə gözləməyinizi xahiş edirəm. Əsl kimliyi formalaşdırmaq üçün müəyyən bir yol keçmək lazımdır".

"Rossonerilər"in çalışdırıcısı komandada Rafael Leaunun gələcəyi mövzusuna da toxunub. Onun sözlərinə görə, "Torino"ya qarşı oynamayacaq portuqaliyalı futbolçu ilə bağlı vəziyyət hələlik ikinci plana keçib və onun taleyi barədə sonra danışılacaq.

Baş məşqçi komanda daxilindəki ab-havanın vacibliyini qeyd edib: "Transer bazarı prioritet deyil. Klub yüksək səviyyəli oyunçulara investisiya qoyub, lakin birlik olmasa, təkcə istedad çatışmazlıqları örtməyə qadir deyil. Mənim əsas məqsədim "Milan"ın bir ailəyə çevrilməsidir. Burada mənsubiyyət hissi hər yerdə duyulur, indi isə vəzifəmiz bunu meydana köçürməkdir".

Qeyd edək ki, Amorim 16 iyun 2026-cı ildə "rossonerilər"lə 2 illik müqavilə imzalayıb. Ötən mövsüm milanlılar 38 turda 70 xal toplayaraq beşinci yeri tutublar və portuqaliyalı mütəxəssisin yeni komandası UEFA Avropa Liqasının əsas mərhələsində çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest