UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel Beer-Şeva” oyunu öncəsi mətbuat konfranslarının və məşqlərin vaxtı bəlli olub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel Beer-Şeva” oyunu öncəsi mətbuat konfranslarının və məşqlərin vaxtı bəlli olub.

Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Sabah”ın oyunöncəsi mətbuat konfransı avqustun 24-də saat 20:00-da, məşqi isə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

“Hapoel Beer-Şeva”nın oyunöncəsi mətbuat konfransı saat 18:30-da, məşqi isə saat 19:00-da keçiriləcək. Rəqib komandanın mətbuat konfransı və məşqi də avqustun 24-də, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

“Sabah” – “Hapoel Beer-Şeva” oyunu avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest