23 Avqust 2026, 15:26
FUTBOL
"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında yeni mövsümün startı ərəfəsində imicini dəyişib. Norveçli qolkiper uzun saçları ilə vidalaşaraq yeni görünüşə sahib olub.
Matc.az xəbər verir ki, bu barədə "Mançester Siti" klubunun rəsmi media resursları və futbolçunun sosial şəbəkə hesabları məlumat yayıb.
Norveç millisinin də üzvü olan hücumçu sosial şəbəkələrdə yeni saç düzümünü nümayiş etdirən video paylaşıb. O, uzun saçlarından imtina edərək onları qısa kəsdirib. Haland bu addımı ilə həm də özünə məxsus yutub kanalında yayımlanacaq yeni videonun anonsunu verib.













