"Beşiktaş" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Göztepe"dən Junior Olaytanı transfer edib. Bu barədə klubun rəsmis saytı məlumat yayıb.

"Qara qartaallar" beninli hücumameyilli yarımmüdafiəçi üçün İzmir klubuna 5 milyon avro təzminat ödəyib. 23 yaşlı futbolçu ilə 3,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki. Junior Olaytan bu mövsüm "Göztepe"nin heyətində keçirdiyi 18 oyunda 2 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest