17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
Matc.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.
U-17 millimizin heyətini nəzərinizə çatdırırıq:
1. İradə Əsədli - Şəfa
2. Süməyyə Əhməd – Ulduz
3. Aysu Əsədova – Sabah
4. Ayan Abdiyeva – Liman
5. Xədicə Rəhimova – Neftçi
6. Zəhra İsmayilova - Şəfa
7. Aylin Azadova – Sabah
8. Məryəm Nuruzadə. Ulduz
9. Nuray Əzizova - Təhsil 8 İOEUGİM
10. Aylin Əliyeva – Ulduz
11. Məryəm Səmədli – Sabah
12. Suel Polikarpova – Neftçi
13. Sara Səlimova – Neftçi
14. Fatimə Kərimli – Sabah
15. Dəniz Mikayıllı - Şəfa
16. Sara Qaribova - Təhsil 8 İOEUGİM
17. Şəhanə Mirzəliyeva – Liman
18. Zəhra Abdullayeva - Ulduz



_1770223868.jpg)








