Misli Premyer Liqasında avrokuboklar uğrunda qızğın mübarizə gedir.

Böyük ehtimalla, “Qarabağ” və “Sabah” turnir cədvəlinin ilk iki pilləsində qərarlaşacaq, çoxları da razılaşar ki, bu komandalardan biri çempion olacaq.

Avropaya vəsiqə uğrunda daha 4 komanda iddialıdı. Ehtiyatda bir oyunu qalan “Turan Tovuz”, “Sumqayıt”, “Zirə” və “Araz-Naxçıvan” arasında hazırda cəmi 3 xallıq fərq var.

“Sumqayıt” və “Araz-Naxçıvan” bu “dördlük”də “zəif bənd” təsiri bağışladığı üçün əsas “qırğın” “Turan Tovuz”la “Zirə” arasında gedəcək. Bu komandalar çempionatın 21-cu turunda, fevralın 20-də öz aralarında çox vacib oyuna çıxacaqlar.

Amma ortada bir əmma var.

Belə ki, “Zirə” 20-ci turda fevralın 14-də öz meydanında “Karvan-Yevlax” qəbul edəcəksə, “Turan Tovuz” iki gün sonra – fevralın 16-da “Şamaxı” səfərinə yollanacaq.

Yəni, növbəti tur fevralın 20-də bu komandalar arasında keçiriləcək oyunda “Zirə” 6, “Turan Tovuz” isə 4 gün sonra meydana çıxacaq.

Ortada iki günlük fərq yaranır... Necə düşünürsüz, əsas rəqiblə görüş öncəsi iki günlük əlavə fasilə çox böyük üstünlük deyil?

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest