06 Fevral 2026, 09:20
FUTBOL
"Əl-Nəsr"in hücumçusu və kapitanı Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqası rəhbərliyinə çempionatdakı son transferlərdən narazılığı səbəbindən ölkəni tərk etməyə hazır olduğunu bildirib.
Matc.az xəbər verir ki, 41 yaşlı hücumçu Səudiyyə Ərəbistanı Suveren Sərvət Fondunun (PIF) hücumçu Kərim Benzemanı "Əl-İttihad"dan "Əl-Hilal"a transfer qərarından qəzəblənib, halbuki "Əl-Nəsr"in heyəti gücləndirilməyib.
Vurğulanır ki, Ronaldonun narazılığı artmaqda davam edir. Portuqaliyalı oyunçu ona xəyanət edildiyini düşünür və Səudiyyə Ərəbistanındakı 3 illik karyerasına son qoymaq istəyir.
Qeyd edək ki, Ronaldo daha əvvəl Pro Liqasının 20-ci turunun "Ər-Riyad"la oyununda (0:1) meydana çıxmayıb.









_1770324925.jpg)


