06 Fevral 2026, 12:30
FUTBOL
"Portu"nun hücumçusu Deniz Gül karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir. Daha əvvəl 21 yaşlı forvard üçün 10 milyon avro tələb edən Portuqaliya təmsilçisi məbləği 7,5 milyon avroya salıb. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Deniz Gül bu mövsüm "Portu"nun heyətində keçirdiyi 25 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

_1770387047.jpg)










