"Barselona"nın 18 yaşlı hücumçusu Lamin Yamal, Kilian Mbappenin Çempionlar Liqasında bir oyunçu tərəfindən 19 yaşa qədər ən çox qol vurma rekordunu qırıb.

Matc.az xəbər verir ki, Yamal "Atletiko"ya qarşı 1/4 finalın cavab oyununda Çempionlar Liqasındakı 11-ci qolunu vurub.

Yamal bu mövsüm Çempionlar Liqasında 10 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 200 milyon avrodur.

Qeyd edək ki, "Barselona" 1/4 finalın cavab qarşılaşmasında "Atletiko"ya 1:2 qalib gəlsə də, iki oyunun nəticəsinə əsasən Çempionlar Liqası ilə vidalaşmalı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest