15 Aprel 2026, 11:35
ÇEMPİONLAR LİQASI
"Liverpul"un heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, mersisayd təmsilçisinin hücumçusu Uqo Ekitike sıradan çıxıb.
Fransalı futbolçu UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin PSJ ilə cavab görüşündə (0:2) zədələnib. Ekitikenin sağ ayağının daban vətərində yırtıq aşkarlandığı bildirilir.
23 yaşlı forvard təxminən 10-12 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun mövsümün qalan hissəsində iştirak etməyəcəyi deməkdir.
Qeyd edək ki, Uqo Ekitike bu mövsüm "Liveerpul"un heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 17 qol vurub, 6 qol ötürməsi edib.












