15 Aprel 2026, 22:00
FUTBOL
"Lion" "Leypsiq"in müdafiəçisi El Şadai Bitşiabou ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, "Lion" PSJ-nin yetirməsi ilə müqavilə imzalamağı ciddi şəkildə nəzərdən keçirir. Ötən qış oyunçu rəhbərlikdən onu başqa bir kluba buraxmasını xahiş etmişdi, lakin onun xahişi rədd edilmişdi. Bir neçə klub maraq göstərdiyindən, onun bu yay komandadan ayrılmaq şansı olacaq.
Bitşiabou PSJ-dən transfer olunduqdan sonra 2023-cü ildən bəri "Leypsiq"də çıxış edir və 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləsi var. Müdafiəçinin transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.












