08 Fevral 2026, 13:09
FUTBOL
"İnter Mayami" Kriştiano Ronaldo ilə bağlı "Əl-Nəsr"də yaranmış vəziyyəti yaxından izləyir.
Matc.az xəbər verir ki, portuqaliyalı futbolçunun klubun transfer siyasətindən narazılığı və bu yay komandadan ayrılması ilə bağlı xəbərlər fonunda Amerika klubunun ona marağı artıb.
"İnter Mayami"nin sahibi Devid Bekhem Ronaldonu komandaya gətirməyi ciddi şəkildə düşündüyü qeyd edilir.
Bekhemin simvolik bir layihəni həyata keçirməyi və Kriştiano Ronaldo ilə Lionel Messinin eyni komandada birlikdə oynamasını görməyi xəyal etdiyi bildirilir.












