16 Aprel 2026, 11:30
FUTBOL
Nəriman Axundzadənin formasını geeyindiyi "Kolambus Kryu" səfərdə "Riçmond Kikers"lə üz-üzə gəlib. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
ABŞ Açıq Kubokunun 1/32 final mərhələsinin oyunları keçirilib.
Matc.az xəbər verir ki, Nəriman Axundzadənin formasını geeyindiyi "Kolambus Kryu" səfərdə "Riçmond Kikers"lə üz-üzə gəlib. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəriman da qələbənin iştirakçısı olub. Qarşılaşmaya start heyətində başlayan azərbaycanlı hücumçu 90 dəqiqə meydanda qalıb.
ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur. Beləliklə, "Kolambus Kryu" adını 1/16 finala yazdırıb.












