İngiltərənin "Nottingem Forest" klubunun rəhbərliyi portuqaliyalı məşqçi Vitor Pereyranı baş məşqçi təyin etmək üçün tam razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə Florian Plettenberq məlumat yayıb.

Bildirilir ki, tərəflər artıq əməkdaşlığın bütün detalları barədə razılığa gəliblər və tezliklə rəsmi açıqlama gözlənilir. Pereyranın müqaviləsi cari mövsümün sonuna qədər olacaq.

Məşqçi dəyişikliyi Premyer Liqanın turnir cədvəlindəki çətin vəziyyət fonunda baş verir. 26 oyundan sonra "Nottingem Forest" 27 xalla 17-ci yerdədir. Komanda düşmə zonasından bir qədər yuxarıdadır.

Qeyd edək ki, Vitor Pereyra ən böyük uğurunu "Porto" ilə iki dəfə (2011-2013) Portuqaliya çempionluğunu qazanaraq əldə edib. O, müxtəlif çempionatlarda, o cümlədən "Fənərbaxça", "Olimpiakos", "1860 Münhen", "Şanxay SIPG", "Korintians" və "Flamenqo"da məşqçilik təcrübəsi qazanıb. Təcrübəli mütəxəssisin son iş yeri "Vulverhempton"da olub.

İngilis klubu bu mövsüm üç məşqçi ilə yolları ayırıb. Son olaraq Şon Dayçen ilə vidalaşıblar. Ondan əvvəl Ange Postekoqlu və Nuno Espirito Santo da komandadan göndərilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest