UEFA Konfrans Liqasında uğurlu çıxışı ilə diqqət çəkən Türkiyənin "Samsunspor" komandası baş məşqçi Tomas Reislə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edəık ki, 52 yaşlı məşqçi 2024-cü ildə vəzifəsinə başladığı komandaya Superliqanın bürünc medalların qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest