14 Fevral 2026, 10:26
FUTBOL
"Yuventus" yayda "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silvanı azad agent kimi transfer edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Bildirilir ki, müqaviləsi cari mövsümün sonunda başa çatacaq 31 yaşlı portuqaliyalı oyunçusu Turin klubunu gücləndirmək üçün variantlardan biridir. Silvadan başqa, İtaliya klubu "Atalanta"nın yarımmüdafiəçisi Edersonla da maraqlanır.
Qeyd edək ki, Silva bu mövsüm klubun heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt"da futbolçunun dəyəri 27 milyon avrodur.












