Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunları davam edir. Bu gün cüdo üzrə komanda yarışları keçirilir. Azərbaycan yığması 1/8 final mərhələsindən mübarizə aparıb. Millimizin rəqibi Fransa olub.

Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün cüdo üzrə komanda yarışları keçirilir.

Azərbaycan yığması 1/8 final mərhələsindən mübarizə aparıb. Millimizin rəqibi Fransa olub.

 

Minsk-2019

25 iyun

Cüdo, komanda yarışı

1/8 final

Azərbaycan - Fransa - 0:4

Qadınlardan Florian Larisa (57 kq) Gneto Prişkillaya, Nuriyyə Axundova (70 kq) Qahe Marie-Eveyə, kişilərdən isə Rüstəm Orucov (73 kq) çayne Gillaumeyə, Uşanqi Kokauri (+90 kq) də Mare Kirillə məğlub olub. Fransızlar 4:0 hesabı ilə önə keçdiyindən, digər 2 cütlüyə ehtiyac qalmayıb və millimiz uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest