Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının boks yarışları davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan boksçusu Cavid çələbiyevin 1/4 final mərhələsindəki rəqibi müəyyənləşib.

60 kq çəki dərəcəsində müvafiq olaraq Bosniya və Herseqovina və Moldova boksçularına qalib gələrək 1/4 finala adlayan çələbiyev sabah Gürcüstan təmsilçisi ilə üz-üzə gələcək. Onun rəqibi fransalı Cordan Rodrigesə qalib gələn erməni əsilli Otar Eranosyan olacaq. Bu görüş sabah axşam saatlarında keçiriləcək.

Qeyd edək ki, Cavid çələbiyevlə yanaşı, Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest