Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilib. Matc.az saytının məlumatına görə, "Uruçye Arena"da 81 kq çəki dərəcəsində çıxış edən boksçular rinqə çıxıb.

Bu çəkidə mübarizə aparan Azərbaycan millisinin üzvü Alfonso Dominges ikinci sınağını keçirib. O, 1/8 finalda Mixail Dauhalyavetslə qarşılaşıb. Belarus idmançısı üzərində inamlı qələbə qazanan (5:0) yığmamızın üzvü 1/4 finala yüksəlib. Dominges sabah yarımfinal uğrunda rinq çıxacaq.

Qeyd edək ki, Alfonso Domingeslə yanaşı, Cavid çələbiyev (60 kq), Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest