04 Mart 2026, 12:59
FUTBOL
"Alaves" baş məşqçi Eduardo Koudetlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, argentinalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanın yeni baş məşqisi də məlumdur. La Liqa təmsilçisi Kike Sançes Floreslə anlaşıb. 61 yaşlı çalışdırıcı ilə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Alaves" La Liqada 26 turdan sonra 27 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.







_1772624114.png)




