27 İyun 2019, 21:36
DÖYÜŞ NÖVLƏRİ
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışları davam edir. Matc.az saytının məlumatına görə, sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion olan Hacı Əliyev qalibiyyətini şərh edib.
Pəhləvanımız Milli Olimpiya Komitəsinin yutub kanalına verdiyi açıqlamada çempionluğu Azərbaycan xalqına həsr etdiyini deyib.