Polşada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. 60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb.

Polşada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib. Matc.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb. Cüdoçumuza qızıl medal təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Daha iki cüdoçumuz Polşada bürünc medala layiq görülüb. 55 kq çəki dərəcəsində yarışan Kamran Süleymanov və Nicat Məmmədli qitə birinciliyində 3-cü yeri tutub. Beləliklə, Azərbaycan cüdoçuları Avropa birinciliyinin ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.

Qeyd edək ki, Polşada qitənin ən nüfuzlu yarışında 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır. Azərbaycanı yarışda 18 idmançı (10 oğlan, 8 qız) təmsil edir. Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest