"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatında hazırlıq məqsədilə mart ayında Meksika (29 mart) və ABŞ (1 aprel) ilə keçiriləcək yoldaşlıq oyunları üçün Portuqaliya millisinin heyətindən çıxarılıb.

Matc.az xəbər verir ki, Portuqaliya millisinin heyətində ümumilikdə 27 oyunçunun adı yer alıb.

Bildirilir ki, 41 yaşlı futbolçu bud əzələsindən zədə alıb.

Bu mövsüm Ronaldo bütün yarışlarda 26 oyun keçirib, 22 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest