24 Mart 2026, 11:21
FUTBOL
"Beşiktaş" "Çelsi"nin müdafiəçisi Benua Badyaşili transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.
İstanbul nəhəngi fransalı futbolçunu yayda heyətinə qatmağa çalışacaq. Türkiyə klubunun planı 24 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməkdir.
Qeyd edək ki, Benua Badyaşil bu mövsüm "Çelsi"nin heyətində 16 oyunda meydana çıxıb. Onun London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.





_1692637766.png)






