Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir. Bu gün Azərbaycan boksçuları üçün mübarizə yekunlaşıb. Ölkəmizi təmsil edən Alfonso Dominges final qarşılaşmasına çıxıb.
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün Azərbaycan boksçuları üçün mübarizə yekunlaşıb.
ölkəmizi təmsil edən Alfonso Dominges final qarşılaşmasına çıxıb.
Minsk-2019
Boks
81 kq
Bu çəkidə müvafiq olaraq Stefan Xrekul (Ukrayna), Mixail Dauhaliavets (Belarus), Ziad əl-Mohor (Belçika) və Simeone Fiorini (İtaliya) məğlub edən təmsilçimiz Alfonso Dominges final görüşünə çıxıb. Milliləşmiş boksçumuz qızıl medal uğrunda Bencamin Vittakerlə (Böyük Britaniya) üz-üzə gəlib. Gərgin keçən mübarizə Domingesin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Azərbaycan boksçusu Avropa Oyunlarının qalibi olub.