Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları davam edir. Bu gün karateçilər mübarizəyə qoşulub. Roman Heydərov kata, İrina Zaretska və Asiman Qurbanlı isə kumite yarışlarında qüvvəsini sınayıb.

Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün karateçilər mübarizəyə qoşulub.

Roman Heydərov kata, İrina Zaretska və Asiman Qurbanlı isə kumite yarışlarında qüvvəsini sınayıb.

 

Minsk-2019

Karate, Kata

Kişilər

İlkin mərhələnin B qrupunda Türkiyə, İtaliya və Andorra idmançısı ilə yarışda 24.63 xal toplayan Roman Heydərov 3-cü yeri tutaraq, növbəti mərhələyə adlayıb. Lakin növbəti mərhələdə 25.40 xallıq göstərici final üçün kifayət etməyib. Heydərov bürünc medal uğrunda İlya Smorqunerlə yarışıb. Almaniyalını da üstələyən idmançımız bürünc medal əldə edib.

 

Kumite

Qadınlar

68 kq

A qrupunda yer alan İrina Zaretskanın rəqibləri Silviya Semeraro (İtaliya), Alize Aqier (Fransa) və Miroslava Kopunova (Slovakiya) olub. İtaliyalı ilə bərabərə qalan (0:0) təmsilçimiz digər iki rəqibinə müvafiq olaraq 7:2 və 6:0 hesab ilə qalib gəlib və qrup birincisi kimi yarımfinala yüksəlib. Final yolundakı son rəqib ukraynalı Halina Melnik olub. Zaretska ona da qalib gəlməyi bacarıb - 1:0. Onun finaldakı rəqibi ilk görüşdə bərabərə qaldığı italyan Silviya Semeraro olub. Təəssüf ki, bu dəfə rəqib 5:1 hesablı qələbəyə sevinib. Bu isə Zaretskanın gümüş mükafat qazanmasına səbəb olub.

 

Kişilər

+84 kq

Asiman Qurbanlı ilk olaraq A qrupunda yarışıb. Onun rəqibləri Tirol Darnel Lardi (Hollandiya), Conatan Horne (Almaniya) və Alparslan Yamanoğlu (Türkiyə) olub. Hollandiya və Türkiyədən olan rəqiblərini müvafiq olaraq 2:0 və 1:0 hesabı ilə məğlub edən Qurbanlı Almaniya idmançısı ilə heç-heçə edib. Bu nəticə ilə karateçimiz qrup birincisi kimi yarımfinala adlayıb. O, bu dəfə də Qoqita Arkaniana (Gürcüstan) rəhm etməyib - 8:0. Qurbanlı finalda da xorvatiyalı Andyelo Kvesiçə qalib gələrək, çempion olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest