27 Mart 2026, 11:57
FUTBOL
"Qalatasaray" ötən il transfer edə bilmədiyi Hakan Çalhanoğlu üçün yenidən hərətə keçəcək.
Matc.az xəbər verir ki, bu barədə "Calciomarcato" nəşri məlumat yayıb.
Hakan İstanbul nəhənginin yeni mövsüm üçün yarımmüdafiə xəttinə əsas hədəfidir. "Sarı-qırmızılar" 32 yaşlı yarımmüdafiəçi üçün İtaliya klubuna 10 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində keçirdiyi 26 oyunda 9 qol vurub, 4 qol ötürməsi edib. Onun Milan təmsilçisi ilə müqaviləsi gələn ilin iyununda başa çatır.

_1774617292.jpg)










