27 Mart 2026, 12:54
FUTBOL
PSJ-nin baş məşqçisi Luis Enrike İngiltərə Premyer Liqasında çalışmaq istəməyib.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Mançester Yunayted"in təklifini qəbul etməyib. Bu barədə jurnalist Peter Holl məlumat yayıb.
Enrike məşqçilik karyerasını Fransada davam etdirmək niyyətindədir. 55 yaşlı çalışdırıcı Paris təmsilçisi ilə gələn ilin yayına kimi nəzərdə tutulan müqaviləsinin müddətini uzadacaq.
Qeyd edək ki, 2023-cü ilin yayında PSJ-nin baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Fransa çempionatının və UEFA Çempionlar Liqasının qalibi olub.



_1774617292.jpg)

_1774612577.jpg)






