27 Mart 2026, 13:42
FUTBOL
"Barselona"nın müdafiəçisi Alexandro Balde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Mançester Yunayted", "Mançester Siti" və "Aston Villa" ispaniyalı futbolçunu transfer etmək istəyir. Maliyyə problemləri yaşayan Kataloniya təmsilçisi sərfəli təklif gələcəyi təqdirdə 22 yaşlı sol cinah müdafiəçisini satmağın əleyhinə deyil.
Qeyd edək ki, Alexandro Balde bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 34 oyunda 3 qol ötürməsi edib.



_1774617292.jpg)


_1774612577.jpg)





