31 Mart 2026, 12:46
FUTBOL
"Real" və "Borussiya"nın transfer siyahısında yer alan Niko Şlotterbek "Borussiya"da qalacaq.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniyalı futbolçu klubun yeni sözləşmə təklifini qəbul edib. Şlotterbek Dortmund təmsilçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə imzalayacaq.
26 yaşlı mərkəz müdafiəçisi komandada ən çox qazanan oyunçu olacaq. Onun illik maaşı 14milyon avro təşkil edəcək.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Niko Şlotterbek bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə keçirdiyi 30 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.








_1774956965.jpg)



_1774953174.jpg)