Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları yekunlaşmaq üzrədi. Matc.az saytının məlumatına görə, son gündə daha 2 güləşçimiz medal görüşünə çıxıb.

Yunan-Roma güləşində Sabah Şəriəti "bürünc", İslam Abbasov isə "qızıl" qazanmaq üçün döşək üzərinə çıxıb.

 

Minsk-2019

Yunan-Roma güləşi

130 kq

1/4 finalda məğlub olan Sabah Şəriəti bürünc medal şansını davam etdirir. Ancaq pəhləvanımız bunun üçün ilk növbədə litvalı Romas Fridrikası təsəlliverici görüşdə məğlub etməli idi. Gərgin keçən mübarizə təmsilçimizin qələbəsi ilə nəticələnib - 3:1. Şəriəti bürünc medal uğrunda da Oskar Marvikə (Norveç) 3:2 hesabı ilə qalib gəlib.

 

87 kq

Dünən müvafiq olaraq Nikolay Dobrev (Serbiya), Viktor Lorinçz (Macarıstan) və İvan Hukleki (Xorvatiya) məğlub edən İslam Abbasov final görüşünə çıxıb. Təəssüf ki, o, həlledici qarşılaşmada Jan Belenyukla bacarmayıb. Ukrayna idmançısına 1:3 hesabı ilə uduzan Abbasov "gümüş"lə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest