03 Aprel 2026, 14:41
FUTBOL
"Milan"ın sabiq müdafiəçisi Alessandro Nesta "Tottenhem"də Roberto De Zerbinin köməkçisi olmaq təklifindən imtina edib.
Matc.az xəbər verir ki, 50 yaşlı mütəxəssis köməkçi məşqçi rolunda çalışmaqda maraqlı deyil. O, baş məşqçi kimi çalışmaq imkanı əldə etmək istəyir.
İtaliyalı çalışdırıcı hazırda işsizdir. Onun son iş yeri ötən il ayrıldığı "Montsa" olub.
Nesta məşqçilik karyerası ərzində "Mayami", "Peruca", "Frozinone" və "Recciana" kimi klublarda çalışıb.









_1775223451.jpg)


