03 Aprel 2026, 14:57
FUTBOL
PSJ-nin və Fransa millisinin futbolçusu Bredli Barkola zədə səbəbindən mövsümün qalan hissəsini və dünya çempionatını buraxacaq.
Matc.az xəbər verir ki, bu barədə "Topskills Sports UK" məlumat yayıb.
23 yaşlı futbolçuya əvvəllər sol topuğunda bağın burxulması diaqnozu qoyulmuşdu və bir neçə həftə oynaya bilməyəcəyi gözlənilirdi. Lakin, zədənin gözləniləndən daha ciddi olduğu, buna görə fransalı vingerin əməliyyat olunacağı barədə məlumatlar var.
Beləliklə, Barkola mövsümün qalan hissəsində və qarşıdan gələn dünya çempionatında iştirak etməyəcək.
Qeyd edək ki, Bredli Barkola bu mövsüm PSJ-nin heyətində 38 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.









_1775223451.jpg)


