03 Aprel 2026, 13:08
DÇ-2026
Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv Qana yığmasını çalışdırmağa yaxındır.
Matc.az xəbər verir ki, almaniyalı mütəxəssisin Afrika təmsilçisinin baş məşqçisi vəzifəsinə təyin olunmasi üzrə danışıqlar son mərhələdədir.
Lövlə müqavilənin yalnız dünya çempionatı müddətini əhatə etməsi planlaşdırılır. Turnir iyun ayında başlayacaq və iyulda başa çatacaq.
Lövün ayda 150 min avro əməkhaqqı alacağı gözlənilir. Qana millisi onun rəhbərliyi altında DÇ-2026-nın L qrupunda İngiltərə, Xorvatiya və Panama ilə mübarizə aparacaq.
Qeyd edək ki, Yoahim Lövün son iş yeri Almaniya yığması olub. O, 2021-ci ilin yayında millidən ayrılıb.





_1775223451.jpg)






_1695730346.jpg)