07 Aprel 2026, 13:13
FUTBOL
"Milan"ın baş məşqçisi Massimiliano Alleqri A Seriyasının XXXI turunun Napoli ilə oyunundan (0:1) sonra açıqlama verib.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis çempionluğun artıq əlçatmaz olduğunu deyib:
"Hazırda çempionluq uğrunda yarış bizim üçün əlçatan deyil. "İnter"dən 9 xal geri qalırıq, "Napoli" də bizdən öndədir. Özümüzə fokuslanmalı, oyundan oyuna irəliləməliyik. İndi məqsədimizə doğru gedirik. Lakin bu bir-iki həftəyə həll olunacaq məsələ deyil. Üstünlüyümüzü qoruyub saxlamalı və qələbə qazanmağa çalışmalıyıq. UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq üçün hələ işləməli olduğumuz məqamlar var".
Qeyd edək ki, "Milan" İtaliya çempionatında 31 turndan sonra 63 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.












