"İnter"in müdafiəçisi Matteo Darmian A Seriyasında klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

"Torino" yayda Milan təmsilçisi ilə müqaviləsi başa çatan 36 yaşlı futbolçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi artıq 36 yaşlı sağ cinah müdafiəçisi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Matteo Darminan bu mövsüm "İnter"in heyətində 7 oyunda meydana çıxıb. Təcrübəli futbolçu 2011-2015-ci illərdə "Torino"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest