"Trabzonspor"un yarımmüdafiəçisi Krist İnao Ulai karyerasını İngiltərədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Çelsi" və "Tottenhem" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. London təmsilçilərinin nümayəndələri gənc oyunçunu bir neçə matçda tribunadan izləyiblər. Türkiyə klubu 20 yaşlı futbolçu üçün təxminən 40-50 milyon avro təklif edəcək.

Qeyd edək ki, Krist İnao Ulai bu mövsüm "Trabzonspor"un heyətində keçirdiyi 23 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest