13 Aprel 2026, 15:57
FUTBOL
"Leypziq"in müdafiəçisi David Raum karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Mançester Yunayted" almaniyalı futbolçunu transfer etmək istəyir. "Qırmızı şeytanlar" 27 yaşlı sol cinah müdafiəçisini yayda heyətə qatmağa çalışacaq. Almaniya millisinin üzvünün Bundesliqa klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Qeyd edək ki, David Raum bu mövsüm "Leypziq"in heyətində keçirdiyi 32 oyunda 3 qol vurub, 8 qol ötürməsi edib.





_1776098128.jpeg)





_1776088454.jpg)
